Accessibility links

Braziliyada daha bir səsvermə prezidentin xeyrinə başa çatıb


Mişel Temerə qarşı keçirilən və Braziliya prezidentini korrupsiya ittihamları ilə mühakimə edə biləcək daha bir səsvermə prosesi onun lehinə başa çatıb.

Müxalif millət vəkilləri çərşənbə günü Konqresin aşağı palatasında Temerin ədaləti əngəlləməsi və cinayət təşkilatını yönəltmək ittihamları ilə mühakimə olunması üçün kifayət qədər səs toplaya bilməyib.

Korrupsiya ittihamlarında günahlandırılan Temer köməkçisi ilə birlikdə 12 milyon dollarlıq rüşvətin 150 min dollarını aldığı iddia edilir.

Avqust ayında da bunabənzər ittihamlardan bəraət qazanan Temer ona qarşı qaldırılan bütün iddiaları rədd edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG