Accessibility links

Misir məhkəməsi 75 nəfərlə bağlı hökm çıxarıb


Misirin dövlət mediası bildirir ki, məhkəmə 75 nəfərə ölüm cəzası verib. Onlar arasında 2013-cü ildə etirazda iştirak edən qadağan olunmuş Müsəlman Qardaşlığı qrupunun yüksək vəzifəli üzvləri də var.

Qahirə Cinayət Məhkəməsinin şənbə günü verdiyi qərar ölkənin ən əsas ruhanisi Ali Müftiyə göndəriləcək və o, qərarla bağlı öz fikrini bildirəcək. Ali Müfti adətən məhkəmənin qərarını təsdiq edir.

Al-Ahram xəbər saytının verdiyi məlumata görə, digər 660 şəxslə bağlı sentyabrın 8-də hökm çıxarılacaq.

Müsəlman Qardaşlığının Ali Bələdçisi Məhəmməd Badi və fotojurnalist Mahmud Əbu Zeid də daxil olmaqla ümumilikdə 739 nəfərə qarşı ittiham irəli sürülüb. Bu ittihamlara cinayət və ictimai mülkiyyətə zərər vurmaq da daxildir.

2013-cü ildə baş verən nümayişdə sabiq islamçı prezident Məhəmməd Morsidə dəstək məqsədilə təşkil olunmuşdu. Morsi bir il hakimiyyətdə qalandan sonra kütləvi etirazlardan sonra hərbi çevriliş nəticəsində devrilib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG