Accessibility links

Məhəmməd Mursinin məhkəməsi noyabr ayına təyin olunub


Protesters at a Muslim Brotherhood organized rally hold up a poster of ousted president Mohamed Morsi in Cairo, Sept. 27, 2013. (H. Elrasam for VOA)
Protesters at a Muslim Brotherhood organized rally hold up a poster of ousted president Mohamed Morsi in Cairo, Sept. 27, 2013. (H. Elrasam for VOA)
Hakimiyyətdən devrilmiş Misir prezidenti Məhəmməd Mursi gələn ay məhkəmə qarşısına çıxarılacaq. O, zorakılıq və qətlə çağırışda ittiram edilir.

Məhkəmə noyabrın 4-nü prosesin başlama günü kimi təyin edib.

Cənab Mursi ilə bərabər Müsəlman Qardaşları partiyasının 14 üzvü cinayət məhkəməsi qarşısına çıxarılacaq.

Məhkəmə ittihamları keçən il Müsəlman Qardaşları və əleyhdarları arasında Qahirədə baş vermiş qarşıdurmaya əsaslanır. Rəsmilər həmin qarşıdurma zamanı yeddi insanın öldüyünü deyir.

Misir təhlükəsizlik qüvvələri Müsəlman Qardaşları rəsmilərini həbs edib və iyul ayında prezidenti hakimiyyətdən devirdikdən sonra Mursinin tərəfdarlarına müqavimət göstərir.

O vaxtdan bəri əksəriyyəti islamçılar olmaqla,1000-ə yaxın adam həlak olub.
XS
SM
MD
LG