Accessibility links

Misirlilər yeni konstitusiyaya səs verir


A woman casts her vote at a polling center during a referendum on Egypt's new constitution in Cairo, Jan. 14, 2014.
A woman casts her vote at a polling center during a referendum on Egypt's new constitution in Cairo, Jan. 14, 2014.
Misirlilər ordunun dəstəkklədiyi keçid hökümətinin hazırladığı yeni konstitusiya üzrə keçirilən iki günlük referendumun ikinci günü səs verir.

Səsvermə siyasi keçid planının bir hissəsidir. Sabiq prezident Məhəmməd Mursi hərbi çevriliş nəticəsində iyul ayında devrilib. Yeni konstitusiya qəbul edilsə, bunun ardınca ölkədə yeni prezident və parlament seçkiləri keçiriləcək.

Minlərlə polis və əsgər ölkə boyu təhlükəsizliyi təmin etmək üçün səfərbər edilib. Lakin buna baxmayaraq, Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında qarşıdurma zamanı səkkiz nəfər həlak olub.

Müsəlman Qardaşları partiyası misirliləri referendumu boykot etməyə çağırıb. Partiya seçkiləri qeyri-qanuni adlandırıb.

Yeni konstitusiya 2012-ci ildə seçilmiş islamçı Mursi hakimiyyətini əvəz edərək, qadınlara geniş hüquqlar verilməsi və ordunun gücləndirilməsinə imkan yaradacaq.

Mursi əleydarları onu hakimiyyəti inhisarlaşdırmaqda ittiham etdikdən sonra ordu ölkənin nəzarəti əlinə alıb. Rəsmilər Müsəlman Qardaşları partiyasının liderlərini həbs edib və onları terrorçu qrup adlandırıb.
XS
SM
MD
LG