Misirdə prezident seçkilərinin keçilməsi tarixi martin 26-sı və 28-i üçün müəyyən edilib. Bu haqda məlumatı Misirin Mərkəzi Seçki Komissiyası yayıb.
Seçkilərin birinci turunun nəticələrinin aprelin 2-də açıqlanacağı bildirilib. Təkrar seçkilərə ehtiyac olduğu halda, səsvermənin aprel ayının 24-26-da keçiriləcəyi deyilib.
Bundan bir gün öncə Misirin baş naziri Əhməd Şafiq 2018-ci ildə prezident seçkilərinə qatılmayacağını elan edib. O əvvəlki vədlərində prezident Əbdül Fəttah Əl-Sissiyə rəqib olacağını bildirmişdi.
Ölkənin hazırkı prezidenti, keçmiş ordu rəhbəri Sissinin seçkilərdə qələbə çalacağı gözlənilir.
Əbdül Fəttah Əl-Sissi 2013-cü ildə Müsəlman Qardaşları təşkilatının üzvü, ölkədə ilk azad seçkilərin qalibi olmuş prezident Məhəmməd Mursini hakimiyyətdən devirəndən sonra hakimiyyətə gəlib.