Accessibility links

Hüsnü Mübarəkin sabiq baş müşaviri 76 yaşında vəfat edib


Misirin kəşfiyyat idarəsinin uzun müddət rəhbəri və sabiq prezident Hüsnü Mübarəkin yüksək rütbəli müşaviri olmuş Ömər Süleyman 76 yaşında vəfat edib.

Misir rəsmiləri MENA xəbər agentliyinə istinadən Süleymanın bu gün səhər ABŞ-dakı xəstəxanada keçindiyini deyib, lakin təfsilata varmayıblar.

Müşavir Klivlend xəstəxanasında müalicə olunurdu. Süleyman ötən il cənab Mübarək hakimiyyətinin əleyhinə üsyan dövründə vitse-prezident təyin edilmişdi.

O, Misirdə son prezident seçkilərində iştirak etmək istəmiş, lakin kifayət qədər imza toplaya bilmədiyinə görə prosesdən kənarlaşdırılmışdı.
XS
SM
MD
LG