Misirdə insanlar bu gün sabiq prezident Hüsnü Mübarək tərəfindən təyin edilmiş hakimlər İslamçıların üstünlük təşkil etdiyi parlamentın tərkibini dəyişdikdən və sabiq baş nazirin prezident seçkilərində iştirak etməsinə icazə verdikdən sonra nümayişlər keçirməyə hazırlaşırlar.
Misirin müvəqqəti hərbiçi hakimiyyəti bildirir ki, Müsəlman Qardaşları hərəkatından Məhəmməd Morsi və sabiq baş nazir Əhməd Şafiqin iki gün davam edəcək prezidentlik seçkilərinin şənbə günü başlayacağı nəzərdə tutulub.
Dünən mətbuat konfransında Morsi deyib ki, o, məhkəmə qərarına hörmət edir və prosesi yaxından izləməkdə davam edəcək.