Accessibility links

Misirdə nümayişçilərlə Mübarək tərəfdarları arasında qarşıdurma


Misirdə nümayişçilərlə Mübarək tərəfdarları arasında qarşıdurma
Misirdə nümayişçilərlə Mübarək tərəfdarları arasında qarşıdurma

Tərəflər bir-birini daşa tutub, dəvə və atlarla müşayiət olunan kütlə etirazçılara tərəf istiqamət alıb

Bu gün Misir prezidenti Hüsnü Mübarəkin tərəfdarları Təhrir Meydanına daxil olaraq prezidenti istefaya çağıran nümayişçilərlə toqquşub. Tərəflər bir-birini daşa tutub, dəvə və atlarla müşayiət olunan kütlə etirazçılara tərəf istiqamət alıb. Mübarəkin istefası tələbilə meydana 250 mindən çox insanın toplaşmasından bir gün sonra ordu geri çəkilərək nümayişçilərin yenidən bir araya gəlməsinə icazə verib. Misir ordusu bu gün nümayişçiləri normal həyatlarına qayıtmağa çağıraraq bildirib ki, onların səsi və tələbləri eşidilib. Cənab Mübarək dünən axşam saatlarında bəyan edib ki, o, sentyabrda keçiriləcək prezident seçkilərinə qatılamayacaq. Buna baxmayaraq o, səlahiyyət müddətinin sonunadək hakimiyyətdə qalacağını bildirib.

XS
SM
MD
LG