Misirdə təkrar prezident seçkilərinin ikinci və sonuncu günü keçirilib. Misirlilər keçmiş prezident Hüsnü Mübarəkin kabinetində baş nazir olmuş Əhməd Şəfiq və Müsəlman Qardaşları partiyasının namizədi Məhəmməd Mosri arasında seçim edir.
Keçən il prezident Mübarəkin hakimiyyətdən devrilməsindən sonra bu, Misirdə ilk demokratik seçkidir.
Amerikanın səsinin Yaxın Şərqdə müxbiri Elizabet Arrot Qahirədə seçkinin ilk gününün seçici fəallığının birinci turda olduğu qədər yüksək olmadığını bildirib. O bunu fərqli siyasi baxışlara malik iki siyasətçi arasında seçimin seçicilər üçün asan olmaması ilə izah edib.
Seçkilərin nəticələri rəsmən çümə axşamı günü elan ediləcək. Lakin qeyri-rəsmi nəticələrin həftənin əvvəllərində elan ediləcəyi deyilir.