Accessibility links

Misirdə prezidentliyə namizədlər seçici dəstəyi uğrunda mübarizə aparır


Cəmiyyətin İslamçı ilə Hüsnü Mübarək erasının yetirməsi arasında üzləşdiyi seçimdən məyusluq keçirdiyi bir vaxt Misirdə prezident seçkilərinin final turuna çıxmış namizədlər ictimaiyyət arasındakı imiclərini inqilab şüarına tapınmaqla yumşaltmağa çalışırlar. Müsəlman Qardaşlarının təmsilçisi Məhəmməd Mursi və sabiq baş nazir Əhməd Şafiq mərkəzçi siyasətçilərə üstünlük verdikləri güman edilən misirlilərin dəstəyi uğrunda mübarizə aparır.

Seçki komitəsinin rəhbəri Hatem Beqato dörd namizəd tərəfindən səsvermə ilə bağlı irəli sürülmüş şikayətləri nəzərdən keçirdiyini bildirir. O, yekun səsvermə nəticələrinin bazar ertəsi, yaxud çərşənbə axşamı açıqlanacağını bildirib.

Dövlət mediasında dolaşan rəqəmlər proqnozlaşdırmağa əsas verir ki, seçkilərin final mərhələsində Müsəlman Qardaşlarının namizədi Məhəmməd Mursi sabiq prezident Hüsnü Mübarəkin istefa verməzdən azacıq öncə baş nazir təyin etdiyi Əhməd Şafiqlə üzləşəcək.

Prezident seçkilərinin Mübarəkin ötən ilin fevral ayında istefa verməsindən sonra yaşanılan qaynar keçid perioduna son qoyacağına ümid bəslənilir.

XS
SM
MD
LG