Accessibility links

Misirdə İslamçı müxalifət hədəf alınıb


Misirdə İslamçı müxalifət hədəf alınıb
Misirdə İslamçı müxalifət hədəf alınıb

Müsəlman Qardaşlığı bildirir ki, Misir təhlükəsizlik qüvvələri qrupun yüzlərlə tərəfdarını həbs edib. Əksəriyyət dünən İskəndəriyyə şəhərində həbs olunub. Təhlükəsizlik qüvvələri müxalifətin parlamentə seçilmək üçün irəli sürdüyü namizədləri dəstəkləyənləri dağıtmaq üçün bəzi yerlərdə gözyaşardıçı qaz və rezin güllələrdən istifadə edib. Hökumət qrupun fəaliyyətini rəsmən qadağan edib. Prezident Hüsni Mübarəkin Milli Demokrat Partiyasının parlament seçkilərində qələbə çalacağı gözlənilir. İnsan hüquqları təşkilatları hökumətin müxalifətə və seçicilərə qarşı zorakılığa əl atmasını pisləyiblər.

XS
SM
MD
LG