Misirdə həm islamçı hökumət, həm də hərbi idarəçilik xalqı müdafiə üçün qan tökülməsinə hazır olduğu barədə xəbərdarlıqlarından sonra ölkədə siyasi gərginlik daha da artıb.
Etirazçılar hökumətin istifası üçün qoyduğu vaxtın bitməsinə bir neçə saat qalmış Misirin ordu rəisi Abdel Fətta Əl-Sisi deyib ki, ölkəni "terrorçular və axmaqlar" adlandırdığı qüvvələrdən qorumaq üçün ordu qanını qurban etməyə hazırdır.
Ehtimala görə bəyanat bir neçə saat öncə siyasi irsini müdafiə edən və öldürülsə belə prezident kürsüsünü tərk etməyəcəyinə söz verən prezident Məhəmməd Mursiyə yönəlib. Cənab Mursi habelə hərbi rəhbərlikdən tələb edib ki, ölkənin siyasi böhranına müdaxiləyə son qoysunlar.
Bu gün yerli vaxtla günotda 5:00-dək cənab Mursi ilə reqibləri arasında fikir ayrılıqları öz həllini tapmasa ordu Misirin gələcəyi üçün "Yol xəritəsi" tətbiq edəcəyini bildirib. Hərbi mənbənin bildiridiyinə görə, yüksək rütbəli ordu komandirləri hazırda fövqəladə danışıqlar aparır.