Accessibility links

Misirdə yeni dinozavr növü tapılıb [Video]


Misirdə yeni dinozavr növü tapılıb
please wait

No media source currently available

0:00 0:01:47 0:00

Misirdə yüksək səviyyəli qadın keşişin 4400 illik məqbərəsi tapıldığı elan ediləndən bir neçə gün sonra ölkədə daha da qədim 100 milyon bundan öncəyə aid başqa bir tapıntı aşkar edilib. Bu da Misirin qərbində yerləşən səhrada tapılan yeni dinozavr növüdür.

Mezozoy erasının sonlarında bu uzun boyunlu heyvan o zamanlar sahilyanı cəngəllik olan yerdə dolaşırdı.

Biz əminik ki, bu dinozavları nə isə yeyib. Hər bir ekosistemdə olduğu kimi, biz cəngəlliyə getsək şir və zürafə tapacağıq. İndi biz zürafəni tapdıq, qaldı şir.
Dr. Heşam Sallam

2013-cü ildə Dr. Heşam Sallam və onun doktorantura tələbələrindən ibarət komandası ərazidə tədqiqat aparmağa başlayanda isə həmin ərazinin topoqrafiyası artıq belə deyildi.

“Mən onlara bütün əraziyə yayılmalarını söylədim ki, biz mümkün qədər böyük ərazidə araşdırma aparaq. Sonra bir komanda üzvü digərlərini çağırıb, ‘mən çox sayada sümük tapdım’ deyə qışqırıd. O hətta mənə telefon ilə zəng etdi, çünki mən ondan iki kilometr uzaqda idim. O mənə ‘Doktor, burada çox sayda sümük var, gəlib baxın’ dedi. Mən də ora getdim və dinozavrın yarımçıq skeletini gördüm. Bu, bizim üçün böyük tapıntı idi, deyə o bildirir.

Komanda çənə və ayaq sümükləri, eləcə də digər fosilləri diqqətli bir şəkildə qazıb çıxararaq, Mansura Universitetinin Onurğalıların Paleontologiya Mərkəzinə aparıblar.

Yarımçıq skelet dinozavrın anatomiyasının həmin dövrdə yaşayan avropalı dinozavrlarla bənzər olduğunu göstərir. Bu isə afrikalı dinozavrların Mezozoya erasının sonunda tamamilə təcrid olunduğuna dair nəzəriyyələrə ziddir.

Mansurasaurus şahinae
Mansurasaurus şahinae

Alimlər qumun altından daha çox şey tampağa ümid edir.

“Biz əminik ki, bu dinozavları nə isə yeyib. Hər bir ekosistemdə olduğu kimi, biz cəngəlliyə getsək şir və zürafə tapacağıq. İndi biz zürafəni tapdıq, qaldı şir,” deyə Dr. Sallam söyləyir.

Bu dinozavra komandanın universiteti və paleontologiya fakultəsinin təsisçilərinin şərəfinə “Mansurasaurus Şahinae” adı verilib.

XS
SM
MD
LG