Accessibility links

Misirin cənub-qərbində toqquşmalar olub


Misirin cənub-qərbində toqquşmalar olub
Misirin cənub-qərbində toqquşmalar olub

Misirin cənub-qərbində təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən toqquşmada azı üç nümayişçi həlak olmuş, bir neçə nəfər isə yaralanmışdır. Bu arada BMT yanvarın 25-də baş qaldıran üsyan əsnasında azı 300 adamın öldüyünü xəbər verir.

Dünən on minlərlə insan yenidən Təhrir meydanına toplaşaraq prezidenti Hüsni Mübarəkin dərhal istefa verməsini tələb ediblər. Meydanda gecələyən nümayişçilər şəhərin mərkəzini tərk etməkdən imtina edirlər. Nümayişçilər israrla azadlıq istədiklərini deyirlər.

Başqa fəallar Misir parlamentinə yürüş keçiriblər. Onlar ötən il saxtakarlıqlarla müşayiət olunan seçkilər nəticəsində parlamentə seçilmiş qanunvericilərin istefa verməsini və parlamentin buraxılmasını tələb edirlər.

Vitse-prezident Ömər Süleyman nümayişçilərə müraciət edərək etiraz aksiyalarına son qoyulmasını tələb edib. BMT baş katibi Pan Gi Mun isə Misir hökumətini xalqa qulaq asmağa çağırıb. “Hökumət liderləri xalqın səsinə qulaq asmalıdırlar və keçid olmalıdır. Onlar bunu nə qədər tez etsələr bir o qədər ölkənin gələcəyi üçün yaxşı olar,” deyə baş katib bildirib.

XS
SM
MD
LG