Misirin hərbi idarəçiləri ölkənin müvəqqəti baş naziri Əhməd Şafiqin istefa verdiyini bildirirlər. Cənab Şafiqin kabinetdəki həmkarları onunla Qahirədəki hökumət iqamətgahında hərarətlə vidalaşıblar. Onu bu vəzifəyə beş həftə bundan öncə etiraz nümayişləri zamanı sabiq prezident Hüsni Mübarək təyin etmişdi. Ölkəni idarə edən hərbi şura hökuməti beş il bundan öncə tərk etmiş sabiq nəqliyyat naziri Essam Şərəfin baş nazir olacağını bildirib.