Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə müsbət cavab verib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Amerikanın Səsinə bildirib ki, mitinq martın 15-də saat 15.00-dan 17.00-dək “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda olacaq. Mitinq “Talana son!” şüarı ilə ölkədəki qiymət artımına etiraz olaraq keçirililir.