Formula 1 avtomobil yarışları üzrə dünya çempionu Mixael Şumaxer xizəklə sürüşən zaman başından ciddi xəsarət aldığına görə səkkiz ay müalicə olunduqdan sonra İsveçrədə xəstəxanadan çıxarılıb.
45 yaşlı Şumaxerin sözçüsü onun İsveçrədəki evində müalicəni davam etdirəcəyini deyib.
Şumaxer dekabr ayında Fransada Alp dağlarında Maribel istirahət mərkəzində xizəkəl sürüşən zaman yıxılaraq başından ağır zədə almışdı.
Yaxınlıqdakı xəstəxanaya çatdırıldıqdan sonra o, beyin cərrahiyə əməliyyatı üçün Grenoble Universitet xəstəxanasına aparılıb. O, iyun ayında komadan çıxa bilib.
Mixael Şumaxer Formula 1 yarışlarının ən müvəffəq iştirakçısı kimi tanınır.