Accessibility links

Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilməsindən danışıb


Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilməsindən danışıb
please wait

No media source currently available

0:00 0:01:22 0:00

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Amerikanın Səsinə eksklüziv müsahibədə Kiyev rəsmilərinin onun Ukrayna vətəndaşlıığından məhrum edilməsi qərarını şərh edib.

“Qrızlov keçən il Minsk qrupunda Poroşenko qarşısında məsələni tamamilə açıq şəkildə belə qoymuşdu ki, Saakaşvilini Ukraynanın siyasi meydanından yığışdırmaq lazımdır. Birincisi budur. Mənim Poroşenko tərəfindən təqib olunmağım da demək olar həmin vaxtdan başlayıb. Yəni Qrızlovun səfərindən sonra. İkincisi, o bundan sonra İvanişvili ilə danışıqlar aparmağa gedib. İvanişvili də Qazpromun ən böyük özəl aksiyalarına sahibdir. Mənim təqib olunmağıma dair sifariş də Rusiyanın sifarişidir. Buna görə də heç bir şübhə yoxdur ki, burada Rusiya faktoru mövcuddur. Başqa cür necə ola bilər ki. Bu həm də Qrızlovun ona deməsindən və İvanişvili ilə bu məsələni müzakirə etməsindən əlavə həm də Poroşenkonun cəhdidir. O, məsələni özü üçün çox sadə bir şəkildə həll etmək-ölkə daxilində özünün ən güclü siyasi rəqibini kənarlaşdırmaq istəyib. Bu, 21-ci əsrdə olduqca mənasız bir şeydir. Belə olmaz. Hətta Sovet İttifaqında da belə bir şey yaxşı alınmırdı. Poroşenko Ukraynada reytinqi son dərəcə aşağı olan, insanların ona nifrət etməyə başladığı, dövlət təsisatlarının çox zəif olduğu, təhlükəsizlik strukturunun sadəcə dağıldığı bir vaxt belə sovetsayağı, retro stilində bir repressiyaya əl atır. Bu, böyük ağla dəlalət etmir və uzaqgörən bir hərəkət deyil. Bunun fikrimcə, sonu olacaq.”

XS
SM
MD
LG