Accessibility links

Somalidə dəniz limanı partladılıb


Somali paytaxtı Moqadişu şəhəri yaxınlığında yeni istifadəyə verilmiş dəniz limanının qarşısında yük maşınına yerləşdirilmiş bombaların partlaması nəticəsində 16 nəfər həlak olub, onlarla insan yaralanıb. Partlayış əsasən təhlükəsizlik qüvvələri və liman işçilərini hədəf alıb.

Moqadişu polis qüvvələrinin komandiri polkovnik Bişar Abşir Geddi Amerikanın Səsinin Somali Xidmətinə bildirib ki, rəsmilər yük maşınının intiharçı tərəfindən olunduğunu, yoxsa əvvəlcədən orada park edildiyini aydınlaşdırmağa çalışır.

Əl-Şabab qrupu bildirib ki, intiharçı maşını limanın girişindəki təhlükəsizlik məntəqəsinə sürüb. Ancaq şahidlər və polisin sözlərinə görə, yük maşını limanın vergi idarəsi yaxınlığında partlayıb. Həmin zaman isə liman əməkdaşları işə yenicə çataraq növbəyə düzülübmüş.

Əl-Şabab yaraqlı qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Qrup bildirib ki, intiharçı maşını limanın girişindəki təhlükəsizlik məntəqəsinə sürüb. Ancaq şahidlər və polisin sözlərinə görə, yük maşını limanın vergi idarəsi yaxınlığında partlayıb. Həmin zaman isə liman əməkdaşları işə yenicə çataraq növbəyə düzülübmüş.

Moqadişu dəniz limanı Albayrak şirkəti tərəfindən idarə olunur. Türkiyə şirkətinin Somali hökuməti ilə limanın əməliyyatlarının idarə olunması və təkmilləşdirilməsinə dair 20 illik müqaviləsi var.

Partlayış zamanı Türkiyə vətəndaşlarının xəsarət alıb-almadığına dair hələlik heç bir məlumat yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG