Accessibility links

Moldova siyasi dalandan çıxmağa can atır


Moldova siyasi dalandan çıxmağa can atır
Moldova siyasi dalandan çıxmağa can atır

Avropanın ən yoxsul dövləti saylan Moldovada seçicilər 2008-ci ildən bəri üçüncü parlamenti seçirlər. Səsvermənin ölkəni bir il hökumətsiz qoymuş siyasi qarşıdurmanı həll edəcəyinə ümid bəslənilir. Bu günkü səsvermədə dörd Qərbyönümlü partiya kommunist bloku ilə üzləşir. Kommunist partiyası səslərin əksəriyyətini əldə etməsə də prezidentin seçilməsini əngəlləmək üçün kifayət edəcək qədər səlahiyyətə malikdir. Rumıniyanın dəstəklədiyi Avropa təmayüllü koalisiya ölkədə azad bazar və demokratik islahatlar həyata keçirməyə can atır. Kommunistlər isə Rusiya ilə sıx ticari və siyasi təmaslara üstünlük verirlər.

XS
SM
MD
LG