Accessibility links

Amerikalı aktrisa Meri Teyler Mur vəfat edib


ABŞ televiziya tarixində iki ən sevimli komediyalarda iştirak edən amerikalı aktrisa Meri Teyler Mur dünən Konnektikut ştatındakı xəstəxanada 80 yaşında vəfat edib.

Təlim almış rəqqasə Mur karyerasına televiziya reklamlarında iştirak etməklə başlayır. İlk dəfə o, 1961-ci ildə The Dick Van Dyke şousunda yer aldığı evdar qadın Laura Petri obrazı ilə şöhrət qazanır.

1970-ci ildə Meri özünün The Mary Tyler Moore Show adlı komediya serialını başladır. Bu şouda o, Minneapolis televiziya stansiyasında xəbər prodüssorunu oynayır. Yeddi il davam edən bu şouda Murun yaratdığı ağıllı və uğurlu subay qadın obrazı, həm tənqidçilər, həm də tamaşaçılar tərəfindən sevilir.

Hər iki şou illər uzunu təkrarlanaraq populyarlığını qoruyub saxlaya və yeni nəsil pərəstişkarlar toplaya bilir.

Karyerası boyu Mur ümumilikdə yeddi Emmi mükafatı alıb və 1980-ci ildə “Sadə İnsanlar” filmində soyuqqanlı ana obrazına görə Oskar mükafatına nominasiya edilib.

Mur heyvanların hüquqlarının müdafiəsinə və özünün də əziyyət çəkdiyi şəkər xəstəliklərinə dair tədqiqatlara dəstək verirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG