Rəsmilərin və şahidlərin verdiyi məlumata əsasən, Somalinin paytaxtı Moqadişu şəhərinin əsas yol kəsişməsində avtomobil bombasının partlayışı nəticəsində 7 nəfər həlak olub və ən azı 10 nəfər yaralanıb.
Polis rəsmisi Amerikanın Səsinə bildirib ki, Zobe ərazisinə yaxın yerləşən məşğul yol kəsişməsindəki partlayış intiharçı tərəfindən törədilmiş ola bilər. Şahidlər deyirlər ki, partlayış tıxac yaranan zaman baş verib.
Amerikanın Səsinin hadisə yerində olan müxbiri partlayış ərazisində yerdə ən azı dörd insan cəsədi görüb.
Müxbir, partlayış baş verən ərazidə binalara ciddi xəsarət dəydiyi, maşınların məhv edildiyini və küçənin yanğın içində olduğunu bildirir.
Hökümət əsgərləri ərazini mühasirəyə alıblar. Xilasedicilər məhv olan maşınların və dağılan binaların altında qalaraq ölən və yaralanan insanların olduğunu güman edirlər.
Qurbanların əksəriyyəti mülki vətəndaşlardır. Partlayışın məqsədi qeyri-müəyyən olaraq qalır.