Accessibility links

Mormon kilsəsi sənədləri gələcək nəsillər üçün saxlayır [Video]


Mormon kilsəsi sənədləri gələcək nəsillər üçün saxlayır
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Birləşmiş Ştatların nisbətən gənc dövlət olmasına baxmayaraq, bu ölkədə yüz milyonlarla rəsmi sənəd var. Doğum, nikah və ölüm haqda şəhadətnamələr, məhkəmə və torpaq haqda sənədlər. Bu əvəzolunmaz sənədlərin çoxu ölkə boyu rütubətli zirzəmilərdə və ya köhnə məhkəmə binalarının çardaqlarında saxlanır.

Karol Roberts çox çətin bir işlə məşğuldur. İşini mükəmməl yerinə yetirən bu qadın 20 ildən çoxdur rəsmi sənədlər üzərində işləyir. O, Tennisi ştatının 95 mahalında pis şəraitdə saxlanmış sənədlərin bərpasına yardım edir. “Biz həmin sənədləri təmizləyir, mümkün qədər yaxşı vəziyyətə salırıq. Biz tarixi sənədlərin gələcək üçün qorunub saxlanmasına yardım edirik.”

Tennisi ştatına bu işdə 2 500 km məsafədəki Yuta ştatı da yardım edir. Ştatın Salt Leyk şəhərindəki “Müqəddəs Məsihin Xaçı” kilsəsində, yerli əhalinin Mormon kilsəsi adlandırdığı kilsənin arxivində dünyanın ən böyük genealoji informasiya kolleksiyası saxlanır.

Arxivin nəzarətçisi Raymon Naisbitin dediyinə görə, hər gün milyona yaxın yeni məlumat əlavə edilməklə, hazırda arxivdə 20 milyarda qədər qeyd saxlanır. Qeydlərin bir hissəsi dünya boyu kilsə missionerləri tərəfindən, digər hissəsi isə özəl mənbələr və partnyorlar tərəfindən toplanır. Buradakı bütün məlumatları pulsuz əldə etmək olur. “Dünyanın hər yerindən insanlar məlumat almaq üçün buraya gələ bilər və biz onlara əcdadlarının kim olduğunu tapmaq üçün yardım edə bilərik.”

Bütün qeydləri dini səbəbdən toplayan kilsə, onlardan mübahisəli situasiya olarkən istifadə edir. Lakin rəsmilər qeydlərin Mormon teologiyası səbəbindən toplandığını iddia edirlər. Kilsənin sözçüsü Pol Nota əsəs səbəbin ailə bağları olduğunu deyir. “Biz ölümdən sonra ailə bağlarının sona çatdığına inanmırıq. Onlar əbədi yaşayır və biz sevdiklərimizi yenidən görəcəyik. Beləliklə biz kimə arxalandığımızı bilir, onların həyatları haqda məlumatlanır və gələcək nəsillərimizə köklərinin kimlər olduğu haqda məlumat verə bilirik.”

Kilsə arxivini rəqəmsal media tərəfindən artırmaqda davam edir. Xüsusi hazırlanmış applikasiya vasitəsilə hər kəs olduğu yerdən asılı olmayaraq, Online-da istədiyi sənədi, istədiyi vaxt əldə edə bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG