Accessibility links

Moskva məktəblisi coğrafiya müəllimini və polis işçisini öldürüb


Rusiya məktəblərində nadir halda baş verən hadisə zamanı Moskva məktəblərinin birində yuxarı sinif şagirdi Sergey Qordeyevin məktəbə silah gətirərək, coğrafiya müəllimini və polis zabitini öldürdüyü, 20 nəfərdən çox sinif yoldaşını isə girov götürdüyü bildirilir. Sergey Qordeyevin ikinci polis işçisini də yaraladığı deyilir.

Polis vertolyotu məktəbin yaxınlığındakı qarlı meydana endiyi zaman atəş səslərindən qorxan onlarla şagird məktəbi tərk edib.

Moskvanın polis rəisi Anatoli Yakuninin dediyinə görə, mühasirəyə alınan şübhəli atasının onunla əvvəlcə telefonla, sonra isə üz-üzə danışmasından sonra təslim olub.

Rusiyanın Təhqiqat Komitəsi əlaçı şagird kimi təsvir edilən Qordeyevin belə görünür, emosional vəziyyətinin sabit olmadığını bildirib.
XS
SM
MD
LG