Accessibility links

Moskva Avropa Şurasını tərk edə bilər


Moskva yaxın zamanda Avropa Şurasını tərk edə bilər. Bu isə rusiyalıların ölkədə ədalətli məhkəmələr və Rusiyanın beynəlxalq müdafiə təsisatlarına inteqrasiyası kimi son ümidlərinin əlindən alınması deməkdir.

20 ildən çoxdur ki, Avropa Məhkəməsinin yurisdiksiyası altında olan Rusiya həmin məhkəməyə ən çox müraciət edən ölkələrdəndir.

Qurumdan çıxmaq arzuolunmaz bir haldır. Lakin hazırkı durumda bələ də başqa variant yoxdur

2014-cü ildə Krımın ilhaqından sonra Avropa ilə Rusiya arasında gərginliklər zirvə nöqtəsinə çatıb.

Təhlilçilərin fikrincə, Moskva ya bu qurumu tərk edəcək, ya da onun üzvlüyü dayandırılacaq.

“Vladimir Putin AŞ-na üzvlüyü sivil dünyaya məxsus olmaq kimi qiymətləndirir. Qurumdan çıxmaq arzuolunmaz bir haldır. Lakin hazırkı durumda bələ də başqa variant yoxdur” - deyə, Parisdə yerləşən R.Politic analitik şirkətindən Tatyana Stanovaya bildirib.

Rusiyanın Avropa Şurasından çıxması uzunmüddətli təsirlərə malik ola bilər.

Milli fəallar bunun vətəndaş cəmiyyətinə təzyiqlərə, məhbusların vəziyyətinin pisləşməsinə, mühacirətin yer dalğasına və çox ehtimal ki, ölüm hökmünün bərpasına yol açacağını bildirir.

Krımın ilhaqından sonra şura Rusiyanın nümayəndə heyətini səsəvermə hüququndan məhrum edib.

Bunun qarşılığında Moskva illik üzvlük haqqının ödənişlərini dayandırıb. Moskva şuraya büdcəsinin 7 faizini, yəni 33 milyon avro ödəyirdi.

Bu, 9 illik müddətə seçilən hakimlərin seçkiləri və yenidən seçilmələrini imkansız edir. Hazırkı insan haqları üzrə baş komissar da Rusiyanın iştirakı olmadan seçilib.

Rusiyanın üzvlük haqqını ödəməməsi onun qurumun üzvlüyündən avtomatik məhrum edə bilər.

Pyotr Tolstoy
Pyotr Tolstoy

Ən mühümü isə Moskva baş katibin seçilməsində də iştirak edə bilməyəcək. Rusiya bu halda qurumu tərk edəcəyi ilə hədələyib.

Dövlət Dumasının sərd müavini və Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Pyotr Tolstoy deyib ki, Moskva bütün hüquqları bərpa edildikdə və heyət üzvlərinə sanksiyalar tətbiq edilmədiyi təqdirdə, seçkilərdə iştirak edəcək.

Aleksey Navalniy
Aleksey Navalniy

Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnıy Moskvanın blef etdiyinə inanır.

Navalnıy qeyd edib ki, Kreml Rusiyanın nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsindən zövq alır.

Onun fikrincə, Kreml Avropa ilə münasibətlərinin korlanmasında bütün vasitələrdən istifadə etməklə, ölkə daxilində mövqeyini gücləndirməyə çalışır.

XS
SM
MD
LG