Moskvada Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkonun görüşü olub. Dörd saat davam edən danışıqlar bağlı qapılar arxasında keçib. Daha sonra isə görüş geniş formatda davam edib və Yeni ilə qədər iki prezidentin vacib qərarların qəbul olunması üçün yenidən görüşəcəyi məlum olub.
Danışıqlardan əvvəl həm Moskva, həm də Minskən sərt bəyənatlar verilib. Aleksandr Lukaşenko Rusiyanı Belarusu özünə tabe və hətta ilhaq etməyə çalışmaqda günahlandırıb. Rusiya rəsmiləri isə Belarusun ticari üstünlüklərini saxlamağa çalışmaqda günhlandırır və rəsmi Moskvanın qonşulara nəisə etmək məcburiyyətində olmadığını bildirirlər.
Buna baxmayaraq, Lukaşenko Kremldə heç bir dövlətin rus və belarusların arasında olan sıx münasibətlərinin olmadığını vurğulayıb. Vladimir Putn isə iki ölkə arasındakı münasibətlərin uğurlu inkişafından danışıb.
Avropa Transformasiya Mərkəzinin direktoru, politoloq Andrey Yeqorov Nastoyaşyaya Vremyaya dövlət başçılarının nəyi müzakirə edə bildiyi və nə səbəbdən ilk dəfədən razılığa gələ bilmədiyi barədə danışıb.
- Ümumilkdə kənardan onu deyə bilərəm ki, tərəflər dövlət başçılarının görüşündə tez-tez müşahidə etdiyimiz razılığa gələ bilmədilər, çünki Rusiya-Belarus münasibətlərində qərar qəbul etmə strukturu bütünlüklə prezidentlərin iradəsindən aslıdır. Belə görüşlər adətən tərəflərin yeni şərtlərin razılığı ilə nəticələnir. Hal-hazırda bu, baş vermədi. Bəlkə də görüşdən öncəki ritorikanı və belə münaqişələrin həll olunmasının ənəvi sxemini nəzərə alsaq baş verə bilməzdi. Rusiyanın Belarusa təzyiq göstərmə imkanları olduqca və Belarusun müqavimət imkanları tükənmədikcə eyni zamanda xarici faktorların olmaması tezliklə razılığa gəlməni mümkün etmir. Mən düşünürəm ki, bu gərginlik davam edəcək.
- Siz Lukaşenkonun ikili davranışını necə izah edə bilərsiz? İki həftə bundan öncə o, faktiki Rusiyanı Belarusu ilhaq etmək niyyətində olmaqda günahlandırırdı, bu gün isə yaxın münasibətlərdən danışır.
- Yenidən burada həm Rusiyanın, həm də Belarus mediasının gərginləşdirilmiş ənənəvi ritorikasını görürük. Əgər biz bu və ya digər medianı oxusaq gərginləşdirilmiş ritorikanı müşahidə edə bilərik. Bu cür görüşlər ərəfəsində bu hər zaman olur. Nəzərə alsaq ki, hər şeyə rəğmən tərəflər çox sıx bağlıdırlar və biri-birləri ilə ziddiyyətdə olsalar da birlik içərisindədirlər və problemlərdə onlara kompromis tapmaq vacibdir. Bu cür məsələlərdə bu və ya digər dövlət başçısının müşayiəti ilə belə dost ritorikalar ümumi diskussiyanın əsasını təşkil edir.
- Növbəti sual iqtisadiyyat haqqındadır. Minskin Rusiya neftindən başqa alternativi varmı?
- Təbii ki, yoxdur. Minskin Rusiya neftindən başqa heç bir real alternativi yoxdur. Digər tərəfdən əgər biz Rusiyanın Belarus büdcəsinə hər-hansı bir subsidiyalarının olmaması fonunda Belarusun vəziyyətdən çıxmaq və Rusiyanın subsidiyaları olmadan büdcə məsələsini ihəll etmək imkanı varmı kimi sual qoysaq, burada cavab bəli, var olacaqdır. Bəli, bu Belarus iqtisadiyyatının axsamasına yol aça bilər, bəli, xalq kasıb yaşayacaq, amma strateji baxımdan Belarus sağ qalacaq. Bu subsidiyaların olmaması ilə Belarus iqtisadiyyatında qeyri-ənənəvi yollardan istifadə etməyə məcbur olacaq.
- Ölkə daxilində. Əgər biz Minsk ilə münasibətdən danışırıqsa, Moskvanın əsas marağı nədir?
- Moskvanın marağı burada olduqca şəffafdır. Moskva Belarusun suverenliyinin böyük hissəsini əldə etməklə daha çox nəzarət etmək, ümumilikdə öz təsirini genişləndirmək istəyir. Böyük ehtimalla Rusiya Belarusu öz tərkib hissəsində görmək istəyir. Amma təbii ki, hal-hazırda o buna nail ola bimir, eyni zamanda Belarus da məsələnin belə həllinə tərəfdar deyil.
- Yəni, Lukaşenkonun tez-tez səsləndirdiyi narahatçılığını əsassız hesab etmirsiniz?
- Onlar əsassız deyil. Əgər siz qaydaları aydın olmasa da bu inteqrasiyanın stategiyası təsvir olunmuş 1999-cu ilin müqaviləsini oxusanız görərsiniz ki, bu, vahid ölkə yaratmağı nəzərdə tutur. İstənilən halda Rusiya Belarusu Rusiya federasiyasının hər hansi bir subyekti formasında görür. Bu respublika formasında da ola bilər, bu, 6 muxtar vilayət formasında da ola bilər. Belarus bu cür qərara hazır deyil, eyni zamanda müqavilədə bunun necə olacağını göstərən mexanizm yoxdur. Bu səbəbdən bunu lazım olduğu qədər uzadacaqlar.