Accessibility links

Moskva şəhərinin bələdiyyə seçkilərində Sergey Sobyanin qələbə əldə edib



Rusiyada Moskva şəhərinin bələdiyyə seçkilərində Kremlin dəstəklədiyi Sergey Sobyanin qələbə əldə edib.

Bir zamanlar prezident aparatının rəhbəri olan Sobyanin 3 il əvvəl mer təyin edilib.

Onun rəqibi, korrupsiya əleyhinə bloger Aleksey Navalnı təkrar seçkilərə çağırır. O, seçkilər zamanı ciddi saxtakarlıqlara yol verildiyini iddia edir.

Sobyanin səslərin 51, Navalnı isə 27 faizini qazanıb. Digər 4 namizədin əldə etdiyi səslər çox az olub.

37 yaşlı müxalifət lideri Navalnı 5 illik həbs cəzası altındadır. O, ittihamlarının siyasi motivlərə əsaslandığını deyir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG