Accessibility links

Moskva metrosundakı bomba hücumlarında şübhəli bilinən terrorçu öldürülüb


Moskva metrosundakı bomba hücumlarında şübhəli bilinən terrorçu öldürülüb
Moskva metrosundakı bomba hücumlarında şübhəli bilinən terrorçu öldürülüb

Rəsmilər qarşıdurma zamanı Vaqabovla birlikdə daha 4 yaraqlının öldüyünü deyirlər

Rusiya rəsmilərinin bildirdiyinə görə bu ilin əvvəlində Moskva metrosunda ölümlə nəticələnən bomba hücumlarının təşkilində şübhələnilən Maqomedali Vaqabov təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Rusiyanın Milli Anti-Terror Komitəsi yaraqlıların başçılarından olan Vaqabovun bu gün Şimali Qafqazın Dağıstan Respublikasında, təhlükəsizlik qüvvələri ilə atışma zamanı öldürüldüyünü bildirib. Anti-terror təşkilatı qarşıdurma zamanı Vaqabovun evinin yandığını və onunla birlikdə daha 4 yaraqlının da öldüyünü deyib. Rəsmilər Maqomedali Vaqabovun bölgədəki İslamçı üsyançılar qrupunun ikinci ən yüksək rütbəli komandiri olduğunu deyirlər.

XS
SM
MD
LG