Accessibility links

Moskvada terror hücumu cəhdinin qarşısı alınıb

The headquarters of the FSB, the Russian state security service and the main successor to the Soviet era's KGB, are seen at Lubyanka Square in Moscow December 5, 2006. British detectives began work in Moscow on Tuesday as part of a politically-sensitive i

Rusiya rəsmiləri təhlükəsizlik qüvvələrinin Moskva yaxınlığında xüsusi əməliyyatı nəticəsində paytaxtda terror hücumu planlaşdırmaqda şübhəli bilinən iki yaraqlının öldürüldüyünü, birinin isə saxlandığını bildirib.

Milli Əks-Terror komitəsi əməliyyatın Orexovo-Zuyevo rayonunda baş verdiyini və yaraqlı olmaqda şübhəli bilinən şəxslərin təslim olmaq əmrindən sonra atəş açdığını bildirib. Əməliyyat zamanı xüsusi təyinatlı qüvvələrin bir zabitinin yüngül yaralandığı deyilir.

Əks-Terror komitəsi şübhəlinilən şəxslərin Rusiya vətəndaşları olduğu və Moskvada teror hücumuna hazırlıqlar üçün Əfqanıstan-Pakistan bölgəsində təlim keçdiyini bildirib.

Kremlin prezident Vladimir Putinin həm planlaşdırılan hücum, həm də əməliyyat haqda məlumatlandırıldığını bəyan edib.
XS
SM
MD
LG