Accessibility links

Moskvada fişəng anbarında partlayış baş verib


Moskvanın mərkəzində fişəng zavodunda böyük yanğın baş verib. İki helikopter yanğını söndürmək üçün anbara havadan su töküb.

Yoldan keçən bir insan iyunun 19-da Lujnetskaya sahilində baş verən yanğından partlayış səsləri eşitdiyini bildiirb.


“Bir çox fişəng partlayıb,” fövqəladə hallar xidmətinin adı açıqlanmayan işçisi dövlət TASS xəbər agentliyinə bildirib.

Yanğınsöndürənlər bir mərtəbəli binada alovları söndürməyə çalışırlar.

İlkin məlumatlara görə, qonşu bina da yanır.

Ölənlər barədə məlumat yoxdur.

XS
SM
MD
LG