Accessibility links

Moskvada piyada körpüsü uçub [Video]


Yanvarın 1-də gecə yarıdan az sonra Moskvanın Qorki parkındakı taxta piyada körpüsünün uçması nəticəsində 13 nəfərin xəsarət aldığı xəbər verilir.

Moskva meriyası insident zamanı “ciddi xəsarətlərin olmadığını” bildirib.

Bundan əvvəl TASS xəbər agentliyi naməlum polis nəfərinə istinadən bildirmişdi ki, üç nəfər ağır xəsarət alıb.

Buz meydançasının üstündə yerləşən körpü sınarkən üstündə çox sayda adam olub. Onlardan bir çoxu üç metr hündülüyündən buz meydançasına yıxılıb.

Sosial mediaya yüklənmiş videoda insident baş verəkən adamların Rusiyanın dövlət himnini dinlədikləri görünür.

Moskva şəhər hakimiyyəti bildirir ki, hadisə “sürüşmə meydançasının struktur elementlərindəki nasazlıqdan” törənib.

XS
SM
MD
LG