Accessibility links

Mosulun bərpasına dair 10 illik plan


İraqın Mosul şəhərinin İŞİD-dən təmizlənməsindən bir neçə gün sonra hökumət rəsmiləri müharibədən sarsılan şəhərdə yenidənqurma işlərinə hazır olduqlarını deyib. Şəhərə 1 milyona yaxın sakin qaytarılmalıdır.

İraqın Planlaşdırma Nazirliyi Amerikanın Səsinə bildirib ki, şəhərin bərpasına dair 10 illik plan hazırlanıb.

Planna görə şəhərdə bərpa işləri gələn ilin əvvəlində başlayaraq 2027-ci ilədək davam edəcək. Şəhərin bərpasına 10 milyard dollar lazımdır.

Baş nazir Heydər Əl-Əbədi hökuməti planın tam büdcəsini təmin edə bilmir. Lakin onun müttəfiqləri yardım göstərəcəklərənə vəd verib.

Mosul 3 il idi ki, İraq hökumətinin nəzarətindən çıxmışdı.

İraq əsgərləri ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiyanın dəstəyi ilə 2016-cı ilin oktyabrından Mosulun azadlığı ilə bağlı əməliyyata başlamışdı.

BMT-nin məlumatına görə, Mosul uğrunda döyüşlərdə minlərlə yerli sakin həlak olub, 1 milyon insan evini tərk edib.

Hökumət xəbərdarlıq edib ki, Mosulun əsas hissələrində döyüşlər başa çatsa da "İslam Dövləti" yaraqlıları yaxınlıqdakı kəndlərdən fərdi hücumlar həyata keçirə bilər.

Mosulun azad edilməsi əməliyyatlarında koalisiya qüvvələri İraq hərbi qüvvələrinə hava hücumları və quruda dəstək göstərirdi.

XS
SM
MD
LG