Accessibility links

BMT: Mosuldan qaçanların sayı 3 dəfə artıb


Mosul uğrunda döyüşlərin başlamasından bir ay sonra açıqlanan BMT hesabatı göstərir ki, İraqın müharibə meydanına çevrilmiş bu şəhəri ərazisindəki bölgələrdən qaçan insanları sayı həddən artıq çoxalıb.

BMT-nin hesabatı son 3 həftədə qaçqınların sayının 3 dəfəyə yaxın artdığını göstərir. Belə ki, 22 minlik qaçqın göstərisi hazırda 60 mini ötüb.

BMT-nin rəqəmləri evlərindən didərgin düşənlərin yarısından çoxunun uşaqlar olduğunu göstərir. Digər yarının əksəriyyətini isə əsasən qadınlar və qızlar təşkil edir.

BMT-nin Humanitar Əlaqələrin Koordinasiyası İdarəsinin sözçüsü Cens Lerk deyib ki, qaçarkən yol üzərində bir çox təhlükələrlə qarşılaşan bu insanlar təhlükəsiz məkan axtarışındadır.

"Onlar atışmalar, partlayıcı maddələr təhlükəsi ilə üz-üzə qalır. Onların İŞİD-in əlinə keçmək təhlükəsi də var" - detə Lerk bildirir.

BMT-nin məlumatına görə, 40 mindən çox məcburi köçkün İraq hökumətinin təşkil etdiyi rəsmi düşərgələrdə sığınacaq tapın. Qurumun qaçqınlar üzrə agentliyi hazrda 6 düşərgə açaraq 14 min insanı qəbul edib. Bu düşərgələrdə 54600 qaçqının yerləşdirilməsinə şərait var. Minlərlə qaçqın isə hazırda qohumları ilə birgə, tikintisi tamamlanmamış binalarda sığınacaq tapıb.

XS
SM
MD
LG