Accessibility links

Mosulun şərqi İŞİD-dən azad edilib


İraq ordusunun əsgərləri İŞİD militantlarının Mosulun şərqində məğlub edilməsindən sonra ərazidə mövqe tutur
İraq ordusunun əsgərləri İŞİD militantlarının Mosulun şərqində məğlub edilməsindən sonra ərazidə mövqe tutur

İraq hökuməti təhlükəsizlik qüvvələrinin Mosulun şərq hissəsində nəzarəti oktyabr ayında şəhərin azad edilməsi əməliyyatlarının başlamasından 100-dən çox gündən sonra İŞİD-dən aldığını bildirib.

İŞİD militantları indi Mosulun qərb hissəsinə çəkilməyə məcbir olub və şəhərin Fərat çayı üzərində bütün beş körpüsü, habelə Mosul universiteti və Nineva dağıntılarının yerləşdiyi əraziyə nəzarəti itirib.

"Bu, təkcə İraq təhlükəsizlik qüvvələri deyil, İraqın suveren hökuməti və bütün İraq xalqının böyük nailiyyətidir"-deyə İraqda İŞİD-a qarşı beynəlxalq koalisiyanın komandiri, general leytenant Stiven Taunsed bildirib.

O əlavə edib ki, Mosulun qərbi uğrunda döyüşlər, şərqdə döyüşlərdən daha da ağır olacaq.

Bu, təkcə İraq təhlükəsizlik qüvvələri deyil, İraqın suveren hökuməti və bütün İraq xalqının böyük nailiyyətidir.
General leytenant Stiven Taunsed

Buna baxmayaraq, Pentaqon sözçüsü, hərbi dəniz qüvvələrinin kapitanı Ceff Deyvis müxbirlərə deyib ki, İŞİD bir sıra qabiliyyətlərini və Mosulun şərqində "bir çox ən yaxşı döyüşçüsünü" itirib.

İraqda və Suriyada İŞİD-a qarşı əməliyyatlara nəzarət edən ABŞ-ı Mərkəzi Komandanlığının bildirdiyinə görə, İraq təhlüskəsizlik qüvvələri gündə orta hesabla beş partlayış, artilleriya atəşləri və snayper hücumları ilə qarşılaşır.

Terrorçu qrup həmçinin İraq qüvvələrinə nəzarət etmək və əsgərlərə qumbaralar atmaq üçün hazırladıqları pilotsuz uçan cihazlardan istifadə edib.

İraqın əks-terror qüvvələrinin komandiri Talib Əl-Şaqati keçən həftə Mosulun İŞİD cihadçılarından azad edildiyini bildirib.

İndi İraq ordusu diqqəti Mosulun qərb hissəsinə yönəldəcək. BMT şəhərdə 750 min mülki vətəndaşın təhlükə altında ola biləcəyi ilə bağlı narahatlığını bildirib.

BMt-nin insan haqları komissiyasının sözçüsü ravina Şamsadani bildirib ki, İŞİD yaraqlıları mülki əhalinin məskunlaşdığı yerlərdə, xəstəxanalar və məktəblərdə qərargahlanaraq, uşaqlar və mülki vətəndaşlardan koalisiyanın hava hücumları zamanı insan qalxanı kimi istifadə edir.

XS
SM
MD
LG