Accessibility links

"The Imitation Game" filmi unudulmuş qəhrəmandan söz açır [Video]


"İmitasiya Oyunları" filmi
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Alan Tyurinq adı çoxlarına tanış deyil. Lakin ingilis riyaziyyatçının Almaniyanın Eniqma Kodunu deşifrələməsi II Dünya Müharibəsinin müddətini azaldaraq, milyonlarla insanın həyatını xilas edib. Tyurinq eləcə də bu kodu tapmaq üçün kompyuterin oxşarını icad edib. Eniqma Kodunun sirri isə 1970-ci illərə qədər gizli qalıb. Vəfatından 60 il sonra Mortem Tildom özünün The Imitation Game – İmitasiya Oyunları filmində ilk dəfə Tyurinqin fəaliyyətindən danışır.

İmitasiya Oyunu filmində yöndəmsiz, lakin həssas bir insan olan Alan Tyurinq kodu açmaq üçün özünə sığınacaq tapır.

Kiçik bir qrupla gizli bir yerdə çalışan Alan Faşist Almaniyasının kodunu qırmaq üçün kompyuterə bənzər bir cihaz hazırlayır. O vaxtlar qadınlar belə işlərə yaxın buraxılmadığı halda o qadını işə cəlb edir.

Kinorejissor Morten Tildom dərin mənalı II Dünya Müharibəsi trillerinin süjet xəttini zamana qarşı vuruşan iki fərd üzərində qurur. “Bunlar yeni super qəhrəmanlardır. Onlar ağıllı və maraqlıdırlar.” deyə, rejissor bildirir.

Filmin ssenari müəllifi Qraham Mur bununla Tyurinqi cəmiyyətə açmaq, eləcə də intellektin homofobiya və gender üzərindəki qələbəsindən danışmaq istəyir.

“Mən bu hekayəni sevirəm. Bu, iki biri-birinə tanış olmayan insanların rast gəlməsini və oğlanın homoseksual olmasına baxmayaraq, aralarında olan zərif münasibəti sevirəm.”

Aktyorlar Benedikt Camberbak və Keira Naytli Tyurinqin hekayəsini daha da populyarlaşdırıb. “Mən ssenarini oxuyanda əvvəlcə gülməyə başladım. Bu, mürəkkəb, maraqlı, məzəli və ağıllı insanın həyatını təsvir edən ssenari idi. Bu xarakter məni özünə cəlb etdi.”

Tyurinq homoseksual olduğu üçün 1952-ci ildə həbs edilir və bir neçə il sonra intihar edir. İmitasiya Oyunu nəhayət bu unudulmuş qəhrəmanın xidmətlərini işıqlandırmağa nail olub.

XS
SM
MD
LG