Accessibility links

Mövsüm Səmədov cərimə kamerasına salınıb


Mövsüm Səmədov

Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov noyabrın 29-da saxlandığı Qobustan Qapalı Həbsxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarıldıqdan sonra cərimə kamerasına (karser) salınıb.

Bu barədə vəkil Yalçın İmanov bildirib.

Vəkil hazırda Mövsüm Səmədovla görüşə bilmədiyini deyib.

“Bu, Penitensiar Xidmət tərəfindən verilən görüş icazəsinin yalnız Qobustan Qapalı Həbsxanasına aid olması ilə bağlıdır.

İmanov Cəzamçəkmə Müəssisəsində görüş üçün bu gün Penitensiar Xidmətə rəsmi müraciət edəcəyini bildirib.

M.Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdində və başqa ağır cinayətlərdə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qətrarı ilə Səmədov 12 saylı Cəzaçəkmə Müəssisəsindən 2 il müddətinə ciddi rejimli Qobustan həbsxanasına köçürülüb.

İmanovun sözlərinə görə, M.Səmədovun Qobustan həbsxanasında qalmasının müddəti noyabrın 28-də bitib. Növbəti gün onu əvvəllər cəza cəkdiyi 12 saylı koloniyaya qaytarıblar. Koloniyaya gəldikdən sonra M.Səmədovu 15 sutkalığa karserə salıblar.

Vəkil M.Səmədovun koloniyaya qayıtdıqdan sonra dərhal karserə salınmasını qanunazidd adlandırıb.

Penitensiar Xidmət vəkilin dediklərinə hələ münasibət bildirməyib.

XS
SM
MD
LG