Accessibility links

İslam Partiyasının sədri cəza kamerasına salınıb


Mövsüm Səmədov
Mövsüm Səmədov

Hazırda Qobustan qapalı tipli həbsxanasında cəza çəkən Azərbaycan Islam Partiyasının (AİP) lideri Mövsüm Səmədov cəza kamerasına (karser) salınıb. Ailə üzvləri Səmədovun artıq 6 gündür ki, cəza kamerasına salındığını bildirir.

Vəkil Anar Qasımlı Amerikanın Səsinə bildirib ki, bu gün Qobustan həbsxanasına gedərək Səmədovla görüşməyə cəhd edib.

“Məni görüşə buraxmadılar. Həbsxanada dedilər ki, Səmədov iyunun 25-dək cəza kamerasında olacaq, yalnlız iyunun 25-dən sonra görüşə gəlmək olar. Onun cəza kamerasına nə vaxt salınması və hansı səbəbdən salınması barədə mənə məlumat vermədilər”, vəkil qeyd edib.

AIP sədri Mövsüm Səmədov 2011-ci ilin yanvarında hökuməti kəskin tənqidindən sonra həbs edilib. O hakiimiyyəti zorla ələ keçirməyə cəhd, qanunus silah saxlama və başqa ağır ittihamlarla 12 il müddətinə azadlıqdan məhrum olunub. 2014-0ci ilin payızında Səmədov Qobustandakı qapalı tipli həbsxanaya köçürülüb.

Vəkil Səmədovla görüşünə icazə verilməməsini qanun pozuntusu sayır.

“Bu tam qanunsuzluqdur. İnsanın cəza kamerasına salınması onun müdafiə hüququnu məhudulaşdıra bilməz. Əksini Səmədovun indi müdafiəyə daha çox ehtiyacı var. O müdafiəçi vasitəsi ilə şikayət verə bilər”, o qeyd edib.

Qasımlı Səmədovun cəza kamerasına salınması barədə qərarı aldıqdan sonra şikayət verəcəyini bildirib.

“Bu gün qərarın surətini almaq üçün yazılı müraciət edəcəm. Qərarı alan kimi şikayət edəcəm. Əslində Səmədov cəza kamerasından çıxandan sonra şikayət vermək də əhəmiyyətini itirir. Bu səbədən də qərarın surətini verməyi yubadırlar”, vəkil bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG