Accessibility links

"MS-13"-Dünyanın ən qəddar cinayətkar qrupu [Video]


"MS-13"-Dünyanın ən qəddar cinayətkar qrupu
please wait

No media source currently available

0:00 0:03:13 0:00

Prezident Donald Tramp “MS-13”-ün Birləşmiş Ştatlarda “ən zorakı və ən çox qətl törədən cinayətkar qanqster qrupu" olduğunu deyib. O, bu cinayətkar qrupun bu həddə çatmasına Birləşmiş Ştatların yararsız mühacirət sisteminin səbəb olduğunu iddia edib. Lakin bu, “MS-13” nədir və onun üzvləri kimlərdir?

Özünün qəddar taktikası ilə məşhur olan MS-13 dəstəsinin təməli 80-ci illərdə Salvadordakı vətəndaş müharibəsinin sonunda qoyulubb. O zaman minlərlə insan zorakılıqdan qurtarmaq üçün bu Salvadordan Birləşmiş Ştatlara qaçırdı. Qrupun sabiq üzvü Aleks Sançez: “Bir Birləşmiş Ştatlarda Koreyataun adlı bir yerə gəldik və orada böyüdük. Biz bu ölkənin gerçəklikləri ilə üzləşdik və bu bizim üçün mədəni bir şok idi.”

Stiven Dadli Amerikada mütəşəkkil cinayətkarlığı izləyən və araşdırdıran “InSight” təşkilatının icraedici direktorudur. "Birləşmiş Ştatlara, Los-Ancelesə köçdülər, fəaliyyətə sosial və müdafiə qrupları olaraq başladılar. Çünki onlar bir çox Rok musiqisi və digər musiqi dinləyir və haqqında danışılar məsələlər onları narahat edirdi. Bütün bunlar onları daha da aqressivləşdirir, daha zorakı hala salırdı.”

MS-13 öz adını “La Mara”dan alır ki, bu qanqster deməkdir, "Salvatruça" isə Salvador partizanlarının adı olub. 13 əlifbanın 13 hərfi, ya da Los-Ancelesdəki Meksika qanqsterlərinin La-Eme qanqster qrupunun adıdır.

Çoxları kimi Aleks Sançez də cinayətkar qrupun üzvlərinin ailə bir kimi olduğunu düşünür. “Mənim həmişə problemlərim olub. Təkcə küçədə deyil, məktəbdə də, evdə də, yəni biz çox əziyyət çəkirdik, fiziki şiddət çox idi.”

“Bir gəncin digər gənclərlə əlaqə qurması təbiidir və bu, MS-ın qrupa cəlb etmək prosesinı asanlaşdırır.” deyə, Stiven Dadli bildirir.

Cinayətkar qrupun bəzi şəhərdənkənar ərazilərdə zorakılıqlarını artırmasına cavab olaraq prezident Bill Klinton 1990-cı illərdə sürətli deportasiyalara başladı və minlərlə cinayətkarı ölkələri Salvador, Honduras və Qvatemalaya geri göndərdi.

Aleks Sançez də 1994-cü ildə Salvadora təhvil verildi. Lakin o da bir çoxları kimi geri qayıtdı. “Mənim bədənimdəki döymələr terror və irqi ayrı-seçkilik simvollarıdır. İnsanlar mənə güvənmir, məni təqib edir, məndən qorxurdu. Bütün bunlar isə insanın sakit həyat qurub, yaşamasına imkan vermir. Mən qaçmalı oldum.”

Aleks Sançez hazırda Birləşmiş Ştatlarda cinayətkar qrupların sabiq üzvlərinə yardım edən qeyri-hökumət təşkilatına başçılıq edir. Onun işi çoxdur. Kütləvi deportasiyalara baxmayaraq, hələ də dünyada 30 mindən çox üzvü olan cinayətkar "MS-13" qrupu fəaliyyətini davam etdirir.

XS
SM
MD
LG