Accessibility links

ABŞ-da MS-13 qanqster qrupuna qarşı mübarizə gücləndiriləcək


Birləşmiş Ştatların baş prokuroru Cef Seşşons baş qərargahı Salvadorda yerləşən küçə qanqsterləri qrupu, narkotik maddə alveri və pul yumaqla məşğul olan MS-13 şəbəkəsi ilə mübarizənin Ədliyyə Nazirliyinin prioriteti olduğunu deyib.

Cef Seşşons
Cef Seşşons

Filadelfiya şəhərində Beynəlxalq Polis Rəisləri Assosiasiyasının üzvləri ilə görüşü zamanı Seşşons Mütəşəkkil Cinayətkarlıq və Narkotik Maddələrlə Mübarizə Qruplarına bir sıra qanunlardan istifadə edərək, MS-13 qrupunun hədəf alınmasına icazə veriləcəyini deyib.

"Bu cinayətkar dəstəyə qarşı mübarizədə Birləşmiş Ştatların Vergilər İdarəsi, Daxili Təhlükəsizlik Nazirliyi, Baş Müfəttişlər İdarəsi, Federal Prokurorlar İdarəsi, ABŞ-ın Sahil Patrul Xidməti, gizli xidmət orqanları daxil olmaqla, federal prokurorlar və təhqiqatçılar bütün idarələr bir araya gətirilir. Onların bir missiyası var. Bu da kriminal bandalar və narkotik maddələr alveri ilə məşğul olan qruplarla mübarizədən ibarətdir", Seşşons bildirib.

Dünya boyu və Birləşmiş Ştatlarda 10 minlərlə üzvü olan MS-13 ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən transmilli cinayətkar təşkilat kimi tanınan yeganə kriminal küçə dəstəsidir.

Bazar ertəsi verilən bu açıqlama Ədliyyə Nazirliyi tərəfindən prezident Donald Trumpun MS-13-ün kökünü kəsmək haqda vədinin yetirilməsi istiqamətində atdığı növbəti addım kimi dəyərlənidirilir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG