Accessibility links

MSK şikayətlərin bir qismini təmin edib


12 saylı Dairədə 11 məntəqənin nəticələri ləğv edilib.

Mərkəzi Seçki Komissiyasının bu gün, fevralın 23-də keçirilən iclasında 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən namizədliyi qeydə alınan Natiq Cəfərli və Elman Quliyevin müraciətinə baxılıb.

Bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, iddiaçıların müraciəti eyni məzmunlu olduğundan və 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin eyni məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib:

“Natiq Cəfərov ( Cəfərli) və Elman Quliyev bildirib ki, dairə üzrə seçki məntəqələrində seçki günü seçki qanunvericiliyinin pozulması halları baş verib. Natiq Cəfərov araşdırma üçün 1 ədəd elektron məlumat daşıyıcısı və 23 ədəd protokol təqdim edib...”Onun deməsinə görə, araşdırma zamanı müəyyən edilib ki, Natiq Cəfərlinin təqdim etdiyi 23 protokoldan 8-də məlumatlar uyğunsuzluq təşkil edir:

“Həmin 8 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranıb. Digər mübahisələndirilən seçki məntəəqlərində qeyd edilən qanun pozuntuları öz təsdiqini tapmayıb. Təklif edirəm ki, qanun pozuntuları baş verən 6, 9, 10, 23, 25, 27, 28, 29 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın və şikayətçilərin müraciəti qismən təmin edilsin”.

MSK müraciətləri müzakirəyə çıxarıb və yekunda 11 məntəqədə səsvermənin nəticələrinin ləğvinə qərar verib. Bunlar 6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29 və 31 saylı seçki məntəqələri olub.

Bu dairədə lider namizəd Səbinə Xasıyevadır. 11 məntəqədə səsvermənin nəticəsinin ləğvi dairə üzrə nəticənin ləğvindən ötrü yeterli olmayıb.

Qanunverciliyə görə, bunun üçün məntəqələrin beşdə iksinin nəticələri ləğv edilməlidir. Dairədə 37 məntəqə var.

Natiq Cəfərli daha 4 məntəqənin nəticələrinin ləğvini tələb edir

Natiq Cəfərli bildirib ki, daha 4 məntəqənin nəticəsi ləğv olunmalıdır. "Biz məhkəməyə müraciət edəcəyik və 4 məntəqənin nəticəsinin ləğv edilməsinə nail olmağa çalışacağıq" - deyə, o qeyd edib.

Onun bu açıqlamasına, hələlik, Səbinə Xasıyevadan münasibət almaq mümükn olmayıb.

MSK-nın fevralın 23-də keçirilən iclasında 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınmış Qorxmaz İbrahimli və Gülağa Aslanlının müraciəti əsasında da bir məntəqnin nəticələri etibarsız sayılıb.

Bu qərar da şikayətçi tərəfi tam qane etməyib.

MSK-ya görə, bu dairədən lider namizəd dalbadal bir neçə çağırış Milli Məclisin üzvü olan Madər Musayevdir.

Mərkəzi Seçki Komissiyasının fevralın 23-də keçirilən iclasında 43 saylı Sumqayıt Üçüncü, 11 saylı Qaradağ və 34 saylı Xətai İkinci seçki dairələri üzrə verilən şikayətlər isə tam təmin edilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG