Accessibility links

ABŞ mətbuat icmalı: Rusiyada siyasi çəkişmələr


ABŞ mətbuat icmalı: Rusiyada siyasi çəkişmələr
ABŞ mətbuat icmalı: Rusiyada siyasi çəkişmələr

2008-ci ildə prezident seçilən Medvedev ölkənin modernizasiyası istiqamətində siyasət yürüdür və Rusiyada uzun müddət hakimiyyətdən yapışan yaşlı nəsli uzaqlaşdırmağa çalışır. Lujkovun işdən çıxarılması bu yönümdə ən əhəmiyyətli addımlardan biridir.

Sovet İttifaqı dağılandan bəri Rusiya siyasətində dominant fiqur olmuş Moskva meri Yuri Lujkov bu gün prezident Dmitri Medvedev tərəfindən vəzifəsindən azad edilib. Rusiya siyasətində hakim partiya daxilində nadir parçalanmaya işarə edən bu hadisə təhlilçilər arasında spekulyasiyalara yol açıb. New York Times qəzetinin yazdığına görə rəsmən Kreml prezident Medvedevin qərarını Lujkova etimadın itirilməsi ilə əsaslandırır. Lakin bu iki fiqur arasında artıq bir müddət idi ki, münaqişə var idi və belə görünür ki, Lujkov prezidentlə ölkənin əsil lideri sayılan Vladimir Putinin arasını vurmağa çalışırdı.

2008-ci ildə prezident seçilən Medvedev ölkənin modernizasiyası istiqamətində siyasət yürüdür və Rusiyada uzun müddət hakimiyyətdən yapışan yaşlı nəsli uzaqlaşdırmağa çalışır. Lujkovun işdən çıxarılması bu yönümdə ən əhəmiyyətli addımlardan biridir. New York Times-ın yazdığında görə gözləmə mövqeyində qalan Vahid Rusiya-nın liderləri artıq Medvedevə dəstəklərini ifadə ediblər. “Biz təəssüf edirik ki, Vahid Rusiya partiyasının banilərindən olan şəxs öz səhvləri ucbatından hökumətin etimadını itirib,” deyə partiya katibi Vyaçeslav Volodin bildirib.

74 yaşlı Lujkov Moskvanı nimdaş Sovet şəhərindən parıltılı metropolisə çevirib. 10 milyonluq şəhərin dinamik iqtisadi həyatı insanları təkcə Rusiyanın deyil, bütün keçmiş Sovet məkanından cəlb edir. Bununla belə bir çoxları Lujkovu korrupsiyada və müxalif fikirləri susdurmaqda ittiham edir. Onun merliyi dönəmində həyat yoldaşı Yelena Baturina Moskvada inşaat biznesinə nəzarəti ələ keçirmiş və dünyanın ən varlı qadınlarından birinə çevrilmişdir.

Vladimir Putinin bu çəkişmədə rolu spekulyasiya mövzusu olub. Güman edilmir ki, Medvedev bu addımı Putindən icazəsiz atmış ola bilərdi. Laki Washington Post qəzetinin Moskva müxbiri Kati Lallinin təsvir etdiyi mənzərə bir sıra maraqlı məqamlardan xəbər verir. Ən azı demək olar ki, Lujkovu işdən çıxarmaqla Medvedev müəyyən müstəqillik nümayiş etdirib ki, bu, bütün hallarda Vladimir Putinin maraqlarına uyğun gəlməyə bilər.

“Bu, prezident Medvedev üçün qələbədir,” deyə Moskvadakı düşüncə mərkəzinin rəhbəri Mark Urnov bildirir. “Bu, onu göstərir ki, o bu qədər ağır siyasi çəkiyə malik olan adamı uzaqlaşdıra bilir.”

Maraqlıdır ki, Putinin müttəfiqi sayılan merin işdən azad olunmasına əsas verəcək qanun məhz Putin tərəfindən qəbul etidirlib. 2004-ci ildə bütün siyasi rəsmilər üzərində nəzarəti gücləndirmək məqsədilə Putin yerli rəsmilərin seçki yolu ilə seçilməsinə son qoyaraq bu vəzifələri təyinatlı etdi. Həmin vaxtdan bəri Lujkov mer vəzifəsinə seçilmir, təyin olunurdu.

Lujkovun siyasi səhnədən getməsi Rusiya siyasətində deyil, həmçinin şəxsən Medvedevin gələcək perspektivlərində müəyyən dəyişikliklər yaradacaq. “Bu, o deməkdir ki, Medvedevin əsil prezident olmaq şansı var,” deyə demokratik müxalifətin təmsilçisi Boris Nemtsov bildirir.

XS
SM
MD
LG