Accessibility links

Tramp administrasiyası mühacirlərin valideynlərini müdafiə edən proqramı ləğv edib


ABŞ Milli Təhlükəsizlik Nazirliyi sabiq prezident Barak Obamanın dövründə imzalanan, qanuni rezidentlərin valideynlərinin deportasiyasının qarşısını alan proqramı ləğv edib.

Cümə axşamı yayılan bəyanatda bildirilir ki, ABŞ milli təhlükəsizlik naziri Con Kelli “Amerikalıların və qanuni, daimi rezidentlərin valideynlərinə qarşı addımların təxirə salınması aktı” (DAPA) proqramını ləğv etməklə bağlı memorandum imzalayıb. Buna səbəb kimi mövcud siyasətin məhkəməyə çıxarılması üçün etibarlı prosesin mümkünsüzlüyü göstərilib.

Sabiq prezident Barak Obama bu proqramı 2014-cü ildə imzalayıb. Lakin 26 ştatın Obamanın səlahiyyətlərinin aşması və qeyri-qanuni mühacirlərin xüsusi qrupunu müdafiə etməsini ilə bağı mübahisələrindən sonra federal məhkəmə proqramı dayandırıb.

Qeyri-qanuni immiqrasiyaya qarşı sərt addımların atılması ABŞ prezidenti Donald Trampın prezident seçkiləri kampaniyasının ən vacib tərkib hissələrindən biri idi.

Bəyanatda həm də bildirilir ki, qeyri-qanuni mühacirlərin övladlarının ölkədə qalmasını təmin edən akt qüvvədə qalacaq. Bu akt 770,000 qeyri-qanuni mühacir övladlarının təhsil almasına və gələcəkdə işləməsinə imkan yaradır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG