Accessibility links

Birinci Dünya Müharibəsinin 100-cü ildönümü [Fotoqalereya]


Fransa və Almaniya prezidentləri Fransanın Elzas regionunda Almaniyanın Fransaya müharibə elan etməsinin 100-cü ildönümü münasibəti ilə təşkil edilən mərasimə qatılıb.

Fransua Olland və Yoxaim Qauk Birinci Dünya Müharibəsinə start verən həmin döyüşlərdə həlak olan 30 min əsgərin şərəfinə qoyulan abidənin ilk daşlarını düzüb.

Olland Fransa və Almaniya arasındakı sülhü alqışlayaraq, qlobal iqtisadi böhranla üzləşən Avropa İttifaqının Avropanın daha aşağı səviyyədə olan bölgələrində yaşayış standartlarını yüksəltməyə çalışdığını deyib.

Fransanın dövlət başçısı Ukrayna, Qəzza və Mərkəzi Afrika Respublikasında sülhə çağırıb.

Almaniya prezidenti isə öz növbəsində Birinci Dünya Müharibəsində həlak olanların problemlərini Almaniya və Fransanın bu gün yaşadığı çətinliklərlə asanlıqla dəyişə biləcəyinə inandığını deyib.

Mərasimlər sabah Brüsseldə Britaniyanın Almaniyaya müharibə elan etməsinin 100-cü ildönümü münasibəti ilə təşkil ediləcək tədbirlə davam edəcək.

XS
SM
MD
LG