Accessibility links

Xüsusi prokuror Müller Trampla Rusiya təhqiqatı ilə əlaqədar söhbət etmək istəyir


ABŞ-ın Rusiyanın 2016-cı ildə Amerika seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror prezidentlə müsahibə keçirmək üçün Donald Trampın hüquqşünaslar komandası ilə müzakirələr keçirib.

Tərəflər arasında görüş keçən ay keçirilib. Lakin məsələ ilə yaxından olan şəxslərin bildirdiyinə görə, prezidentlə mümkün müsahibənin detalları məlum deyil.

Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Robert Müllerin bir neçə aydır apardığı təhqiqat artıq dörd adama qarşı ittihamnamənin verilməsi ilə nəticələnib. Trampın bir zamanlar seçki kampaniyasının meneceri olmuş Pol Manafort və prezident milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn də onlar arasındadır.

Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komi
Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komi

Təhqiqatçılar həmçinin Trampın Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komini vəzifəsindən kənarlaşdırmaqla agentliyin işinə mane olmağa çalışıb-çalışmadığını müəyyən etmək istəyir.

Ağ Evin hüquqşünası Tay Kobb bildirib ki, administrasiya Müllerin təhqiqatı ilə bağlı açıqlama vermir və məsələnin ən tez zamanda həlli məqsədilə əməkdaşlıq aparır.

Birləşmiş Ştatların kəşfiyyat agentlikləri keçən il Rusiyanın prezident Donald Trampın demokrat namizəd Hillari Klintonu məğlub etməsinə kömək məqsədilə seçkilərə müdaxilə etdiyi haqda nəticə çıxarıb.

Tramp Rusiya ilə əlaqələri olduğunu dəfələrlə rədd edib. O şənbə günü verdiyi açıqlamada “heç bir sözləşmə” və “heç bir cinayət”in olmadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG