Accessibility links

Donald Tramp xüsusi müşavir Robert Mülleri işdən çıxarmaq niyyətində olmadığını deyib


ABŞ prezidenti Donald Tramp xüsusi müşavir Robert Mülleri işdən çıxarmaq niyyətində olmadığını deyib.

Müeller Rusiyanın ötən il Birləşmiş Ştatlarda prezident seçkisinə iddia olunan müdaxiləsini, Rusiya ilə Trampın seçki kampaniyası arasında mümkün əlaqələri araşdırır.

Dekabrın 17-də Tramp jurnalistlərin Mülleri işdən çıxarmağı nəzərdən keçirib-keçirmədiyini soruşublar, o, “xeyr” cavabı verib. Prezident bu barədə ətraflı danışmayıb.

Respublikaçılar Müllerin təhqiqatının tərəfsizliyi barədə suallar qaldırır. Bu da aparıcı demokratları və Trampın tənqidçilərini administrasiyanın Mülleri vəzifədən kənarlaşdırmağa zəmin hazırladığını düşünməyə vadar edib.

Tramp özü də Müllerin Rusiya istintaqını mütəmadi tənqid edir.

XS
SM
MD
LG