Accessibility links

Müəmmar Qəzzafi hakimiyyətdən getməyənə qədər NATO koalisiya qüvvələri geri çəkilməyəcəklər


Müəmmar Qəzzafi hakimiyyətdən getməyənə qədər NATO koalisiya qüvvələri geri çəkilməyəcəklər
Müəmmar Qəzzafi hakimiyyətdən getməyənə qədər NATO koalisiya qüvvələri geri çəkilməyəcəklər

Britaniya, Fransa və ABŞ deyiblər ki, Qəzzafinin hakimiyyətdə qalmasına imkan vermək liviyalılara qarşı vicdansız xəyanət etmək deməkdir

Britaniya, Fransa və Birləşmiş Ştatların liderləri deyiblər ki, Müəmmar Qəzzafi hakimiyyətdən getməyənədək NATO koalisiya qüvvələrinin Liviyada hərbi kompaniyası davam edəcək.

Britaniyanın baş naziri Deyvid Kameron, Fransanın prezidenti Nikolas Sarkazy və Birləşmiş Ştatların prezidenti Barak Obamanın sözlərinə görə, cənab Qəzzafinin hakimiyyətdə qalmasına imkan vermək liviyalılara vicdansız xəyanət etmək deməkdir.

Bu gün bir neçə beynəlxalq qəzetlərdə dərc edilən birgə bəyanatda liderlər bildirib ki, xalqını qırmağa cəhd edən insanın ölkəyə gələcəkdə də rəhbərlik edəcəyi ağlasığmazdır.

Cənab Qəzzafinin qızı bu gün atasını müdafiə etmək məqsədi ilə ona qoşulub. Yüzlərlə Qəzzafi tərəfdarları Tripolidə 1986-cı ildə ABŞ tərəfindən bombardman edilmiş Qəzzafi qərərgahının ətrafına toplaşıb.

XS
SM
MD
LG