Accessibility links

Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunu ilə bağlı bəyanat yayıb


ATƏT
ATƏT

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərləri ilə bağlı birgə bəyanat yayıb. Sənəddə deyilir:

ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov – Rusiya, Stefan Viskonti- Fransa və Riçard Hoqland -ABŞ) ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birlikdə Bakıda (11 mart), Yerevanda (27 mart) və Dağlıq Qarabağda (28 mart) olublar.

Səfərdə əsas məqsəd Ermənistan-Azərbaycan sərhədi və cəbhənin təmas xəttindən ətraflı siyasi və hərbi məlumat əldə etmək, 2016-cı il Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan sazişlərin icra olunmasını müzakirə etmək, nizamlanma istiqamətində növbəti addımları nəzərdən keçirməkdir.

Həmsədrlər Azərbaycan və Ermənistanın prezidentləri, xarici işlər nazirləri və Dağlıq Qarabağın de-fakto rəsmiləri ilə görüşüblər. Onlar həmçinin Dağlıq Qarabağ ətrafında əraziyə baş çəkiblər.

Danışıqlarda həmsədrlər təmas xəttində baş verən gərginliklə bağlı dərin narahatlıqlarını bir daha qeyd ediblər və tərəfləri çıxışlarında və addımlarında təmkinli olmağa çağırıblar. Prezidentlər həmsədrlərin atəşkəsi gücləndirmək və xüsusilə Novruz və Pasxa bayramları ərəfəsində vəziyyətin eskalasiyasından çəkinməklə bağlı təkliflərinə dair mövqelərini açıqlayıblar. Onlar siyasi həll istiqamətində danışıqların davam etdirilməsinə sadiqliklərini ifadə ediblər.

Vasitəçilər danışıqlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin missiyasına və onun genişləndirilməsinə dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Onlar əmin olduqlarını bildiriblər ki, danışıqların davam etdirilməsi məqsədilə etimad atmosferinin yaradılması üçün atəşkəsə hörmət son dərəcə vacibdir.

Həmsədrlər tezliklə Vyanaya səfər edəcək və ATƏT-in Minsk qrupunun üzvləri ilə bir araya gələcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG