Accessibility links

Antonio Quterreş: BMT substansiv danışıqların bərpası çağırışlarına qoşulur


BMT baş katibi Antonio Quterreş Qarabağ münaqişə zonasında vəziyyətin kəskinləşməsi ilə bağlı bəyanatla çıxış edib.

Sənəddə deyilir:

"Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin 19 iyun tarixli bəyanatına diqqət yetirdik.

Biz son günlər təmas xəttində atəşkəsin pozulması ilə bağlı həmsədrlərin narahatlığını bölüşürük.

Biz gələcək eskalasiyaya yol verilməməsi və gərginliyin səngiməsi üzrə tədbirlərin nəzərdən keçirilməsi ilə bağlı həmsədrlərin tərəflərə müraciətini dəstəkləyirik.

Həmçinin həmsədrlərin xoş məram və siyasi iradə nümayiş etdirərək substansiv danışıqları bərpa etmək çağırışlarına qoşuluruq. BMT bu cür səyləri dəstəkləməyə hazırdır", bəyanatda qeyd edilir.

XS
SM
MD
LG