Accessibility links

“Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib”


Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyev Cenevrədə zirvə görüşü keçiriblər. Bu barədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında deyilir.

ATƏT Minsk Qrupunun həmsədrlərinin (İqor Popov Rusiya, Stefan Viskonti Fransa, Andrü Sxofer ABŞ) himayəsi altında keçirilən görüşdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iştirak edib. İsveçrədə təşkil olunan zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatılıb.

Sənəddə deyilir ki, görüş konstruktiv mühitdə keçib.

“Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər”, bəyantada qeyd edilir.

Azərbaycan və Ermənistan prezidentləri bundan öncə 2016-cı ilin iyununda Sankt-Peterburqda görüşüb.

Ulham Əliyev, Serj Sarkisyan, Elmar Məmmədyarov, Edvard Nalbandyan
Ulham Əliyev, Serj Sarkisyan, Elmar Məmmədyarov, Edvard Nalbandyan

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər Ermənistan Ordusunun nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.

BMT-nin Təhlükəsizlik Şurası 1993-1994-cü illərdə Azərbaycanın suverenliyində olan ərazilərin qeyri-şərtsiz boşaldılması barədə dörd qətnamə qəbul edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır. Həmsədr dövlətlərin rəhbərləri dəfələrlə münaqişədə mövcud status-kvonun qəbuledilməz olması ilə bağlı bəyanatlar verib. Amma, hələ də danışıqlarda irəliləyiş qeydə alınmayıb, status-kvo dəyişdirilməyib.

2015-ci il aprelin 2-dən 5-dək cəbhədə hərbi toqquşmalar intensivləşib. Tərəflər onlarla itki verib. Rusiyanın təşəbbüsü ilə hərbi əməliyyatlar dayandırılıb. Bundan sonra iki ölkə prezidentinin ABŞ-ın təşəbbüsü ilə Vyanada və Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşlər keçirməsinə baxmayaraq münaqişənin həlli istiqamətində addım atılmayıb.

Son dövrlər dəfələrlə cəbhə xəttində gərginliklər yaşanıb, tərəflər itkilər verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG