Accessibility links

Qarabağ Komitəsi Bakı meriyasının mitinqə icazə verməməsini pisləyir


Qarabağ Forumu
Qarabağ Forumu

Qarabağ Komitəsi noyabrın 24-də mitinq keçirməsinə Bakı şəhər İcra Hakimiyyətinin icazə verməməsi ilə bağlı bəyantla çıxış edib.

“Qarabağ Komitəsi heç bir qanuna, hüquqa, söykənməyən, əsaslandırılmayan bu qadağanı Azərbaycan Konstitusiyasında və Əsas İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyasında təsbit edilmiş ifadə və sərbəst toplaşma azadlığımızın kobud şəkildə pozulması kimi dəyərləndirib pisləyir və bu qərara yenidən baxılmasını tələb edir”, sənəddə deyilir.

Bakı şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsinə icazə verilməməməsini onunla əsaslandırıb ki, Qarabağ məsələsi ilə bağlı danışıqlar şəffaf aparılır, kütləvi informasiya vasitələri ilə keçirilən bütün tədbirlərdə bu məsələlər təfsilatı ilə açıqlanır.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması ilə əlaqədar möhtərəm prezidentimiz İlham Əliyev ölkə daxilində və beynəlxalq alımdə ciddi iş aparır”, Bakı şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin müraciətinə cavabında bildirir.

İcra hakimiyyətinin bu cavabı Qarabağ Komitəsini qane etmir və yaydığı bəyanatda qeyd edir.

“Azərbaycan iqtidarı fərqində olmalıdır ki, 24 noyabr mitinqinə qadağa qoyulması barədəki cavabı və bu cavabda “möhtərəm, cənab prezidentimiz hər şeyi həyata keçirir, ona görə də mitinqin keçirilməsi məqsədəuyğun sayılmır məntiqi” ilə nəinki vətəndaşların hüquq və azadlıqlarını pozur, eyni zamanda beynəlxalq ictimai rəydə Azərbaycan haqqında geriçi, müasir svilizasiyadan kənar, avtoritar, antidemokratik bir üsul- idarənin mövcudluğu təəssüratı yaratmaqla özünü və Azərbaycanı rəzil və rüsvay edir, həm də düşmənlərimizə və bədxahlarımıza Qarabağ məsələsinin ədalətli həlli əleyhinə bizə qarşı dəlilllər, bəhanələr verir”, sənəddə qeyd edilir.

Qarabağ Komitəsi 2018-ci ilin iyul ayında təsis edilib. Komitəyə Klassik Xalq Cəbhəsi, Müsavat, Milliyətçi Hərəkat, İslam, Xalq, Ağ, Vərəndaş Həmrəyliyi, Mili Demokrat partiyaları, Qarabağ Azadlıq Təşkilatı, Qərbi Azərbaycana Qayıdış İctmai Birliyi, Qarabağ Qaziləri təşkilatı və çoxsaylı Qarabağ müharibəsi iştirakçısı daxildir.

Komitənin məqsədi Qarabağ probleminin daim ictimai diqqətdə saxlanılmasıdır. Komitə bunun üçün mütamədi olaraq mitinqlər, yürüşlər, elmi konfranslar, sərgilər, görüşlər və digər ictimai tədbirlər keçirməyi qarşısına məqsəd qoyub.

Qarabağ Komitəsi sentyabrın 29-da Bakıda, Məhsul stadionunda “Qarabağa azadlıq!”, “Köçkünləri yurdlarına qaytarın!” şüarları ilə mitinq keçirib. Növbəti mitinqi isə noyabrın 24-də təyin etmişdi.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər erməni silahlı birləşmələrinin nəzarətinə keçib.

1992-ci ildə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə münaqişənin sülh yolu həlli üçün danışıqlar başlayıb. ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG